Xaçmaz rayonunda Üzüm və Zeytun bağının salınması həyata keçirilmişdir

NPC Agro 2017-ci ilin avqust ayı və 2019-cu ilin mart ayından başlayaraq sahibkarın sifarişi əsasında üzüm və zeytun bağının salınması layihəsinə başlatmışdır. Layihənin başlanğıcında Xaçmaz rayonunun iqlim və əkin üçün nəzərdə tutulmuş ərazinin torpaq xüsusiyyətləri araşdırılmış, eyni zamanda yaxın ərazilərdə əkin növləri və üzüm üçün potensial təbii təhlükələr öyrənilmişdir. Nəticədə sahibkara 4 texniki üzüm və zeytun sortu təklif edilmişdir.

2018-ci ilin mart ayında torpaq yenidən analiz edilərək tərkibində müsbət dəyişikliklərin olduğu müəyyən edilmişdir. Bundan sonra İtalyadan 2 aqronomun dəvəti və tinglərin alış prosesi təşkil edilmişdir. Tinglərin daşınması xüsusi temperatura sahib konteynerdə təşkil edilmişdir.

Layihə büdcəsin kiçiltmək üçün əkin üçün istifadə olunan xüsusi qurğuların istehsalı Azərbaycanda aqronumun nəzarəti altında həyata keçirilmişdir. Layihənin növbəti fazasında NPC Agro tərəfindən yerli aqronom təyin olunaraq bitkilərə aqrotexniki qulluq göstəriləcəkdir. Xatırladaq ki, bu sortlar Azərbaycana ilk dəfə gətirilmişdir və Dövlət tərəfindən NPC Agronun təqdimatı əsasında qeydə alınmışdır.

Ünvan: Tbilisi Prospekti 3001, Oskar Biznes Mərkəzi | Tel: +99451 311 00 55 | E-mail: info@npcagro.com

Copyright 2019 © All rights Reserved. 

Design by Megavision International