Azərbaycanda kənd təsərrüfatı işçilərinin peşə bayramıdır

Bu gün kənd təsərrüfatı işçiləri peşə bayramlarını qeyd edirlər.

Respublikamızda “Torpaq islahatı haqqında” qanun 1996-cı ildə qəbul olunub. Ümumxalq müzakirəsindən sonra torpaq islahatına dair dövlət proqramı və bu sahədə islahatın keçirilməsi üçün hərtərəfli hüquqi-normativ baza hazırlanıb. Bir neçə il ərzində qəbul edilən 50-dən çox fərman, qanun və digər hüquqi-normativ akt əsasında respublikamızda torpaq islahatı uğurla reallaşdırılıb.

Dövlət başçısı maldarlıq, quşçuluq və digər sahələrin inkişafı ilə bağlı da silsilə tapşırıqlar verib. Son illərdə aqrar-sənaye kompleksi də əsaslı şəkildə inkişaf edib. 2006-cı ilin iyul ayının 17-dən başlayaraq hər həftənin şənbə və bazar günlərində Bakı şəhərində kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi də olduqca vacib tədbirlərdəndir.

Ümumilikdə, nümunəvi torpaq islahatı, aqrar-sənaye kompleksinin beynəlxalq təcrübə əsasında yenidən qurulması, meliorasiya və irriqasiya sisteminin köklü şəkildə inkişafı respublikamızda ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində atılan mühüm addımlardandır.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Sərəncamına əsasən, hər il noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur.

Ünvan: Tbilisi Prospekti 3001, Oskar Biznes Mərkəzi | Tel: +99451 311 00 55 | E-mail: [email protected]

Copyright 2019 © All rights Reserved. 

Design by Megavision International