“Dəqiq kənd təsərrüfatı – Suvarma və torpaq idarəetməsi” mövzusunda seminar keçiriləcək

Hər kəsə məlumdur ki, bitkiçilikdə yaxşı məhsuldarlığın iki fundamental əsası var. Bunlar torpaq və iqlim idarəçiyidir. Bu iki istiqamət özündə düzgün torpaq hazırlığı, gübrələrin vaxtında və doğru miqdarda verilməsi, torpaq və iqlim göstəriciləri əsasında suvarma sisteminin və ya xətlərinin çəkilməsi, günlük bitkinin su tələbatına uyğun suvarmanın edilməsi, iqlimin uyğun olduğu şəraitdə pestisidlərin tətbiq olunması kimi məsələləri birləşdirir.

NPC Agro fəaliyyətə başladığı gündən göstərdiyi məsləhət xidmətləri çərçivəsində ən vacib element kimi fermerləri maarifləndirməyi qarşısına məqsəd qoymuşdur. Çünki biz aydın başa düşürük ki, fermelər hər kəsdən daha çox təsərrüfatda vaxt keçirir və bunu nəzərə alaraq qərar qəbul etmə prosesində kömək edə biləcək texnologiyaların sahələrə yerləşdirilməsin təşkil edir. 

3 illik şirkət və 30 ildən artıq fəaliyyətdə olan mütəxəssislərimizin təcrübəsini nəzərə alaraq biz hazırda fermerlərin əsas yol verdiyi yalnışlıqların asanlıqla həll ola biləcəyinə və hətta bir əkin dövründə məhsuldarlığın arta biləcəyinə əminik.

Bütün yuxarıda qeyd olunanları nəzərə alaraq NPC Agro öz mütəxəssis komandası ilə birlikdə fermerlər və aqrar şirkət nümayəndələri üçün ödənişsiz seminar təşkil edəcəkdir. 

Seminarın mövzusu: "Dəqiq kənd təsərrüfatı - Suvarma və torpaq idarəetməsi" 
Seminarın işçi dili:  İngilis və Azərbaycan dilləri 
Saat: 10.30- 12.30
Tarix: 30.10.2019
Ünvan: Azadlıq pr. 1, Bakı şəhəri, Park Inn oteli, Nəsimi zalı
Bizimlə əlaqə:  051 311 00 55, [email protected]

Seminar ödənişsizdir və qeydiyyatdan keçmək üçün bura daxil ola və ya göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.

Spiker haqqında məlumat: 

İnqvard Find NPC Agro-nun həm təsisçisi olaraq 100-dən çox ölkədə kənd təsərrüfatı texnologiyaları və biznesin inkişafı sahəsində 30 ildən çox təcrübəyə sahibdir. Cənab Find beynəlxalq suvarma şirkətlərində (John Deere Water, Rain Bird International, Lindsay Manufacturing, Con-Agra Foods, McCain Foods və Environmental Sensor İnc.) rəhbər vəzifələr tutmuşdur. İnqvardın təşəbbüskarlığı və yeni texnologiya bazarının inkişafı sahəsindəki strateji təşəbbüsləri hazırda qlobal şirkətlərin əhəmiyyətli dərəcədə bazarda inkişafına və genişlənməsinə səbəb olub.

Hazırda, Cənab Find, Aquavit Konsaltinq şirkətinin təsisçisi və rəhbəri kimi, dünyada qlobal miqyasda ağıllı kənd təsərrüfatı məhsullarının hazırlanması və tədqiqatı ilə məşğuldur. Cənab Findin iş qabiliyyəti, onun digər mədəniyyətlər arasında fasiləsiz ünsiyyət qurma bacarığı ilə birlikdə beynəlxalq şirkətlərə – Latın Amerikası, Afrika, Şərqi və Qərbi Avropa, Çin, Avstraliya və Yeni Zelandiyadakı bazarlara daha geniş çıxışı üçün imkanlar yaratmışdır. Ingvard bazarda yeni texnologiyaların sürətli uğur qazanması fürsətini təmin etmək üçün dövlət qurumları və tədqiqat mərkəzləri ilə sıx əməkdaşlıq edir. O, kənd təsərrüfatında və torpaq idarəçiliyində dayanıqlı həllər üçün müxtəlif istiqamətlərin inkişafı ilə nəticələnən strateji layihə və proqramların təşəbüsskarı olmuşdur.

Cənab Find Danimarkada yerləşən Aqronomluq Kolleci, St. Paul şəhərində yerləşən “University of Minnesota” və Ontario şəhərində yerləşən “İvey Business School” təhsil mərkəzlərində təhsil almışdır.

Ingvard İngilis, İspan və Danimarka da daxil olmaqla bir neçə dildə danışır və Portuqal və Alman dillərində güclü iş biliklərinə malikdir.


Ünvan: Tbilisi Prospekti 3001, Oskar Biznes Mərkəzi | Tel: +99451 311 00 55 | E-mail: [email protected]

Copyright 2019 © All rights Reserved. 

Design by Megavision International