NPC Agro Azərbaycanda ilk dəqiq kənd təsərrüfatı xidmət təminatçısı kimi fermer və sahibkarlara kömək etməyə davam edir. Əməkdaşlarımız Greentech MMC-ə aid ərazidə bir ədəd iqlim stansiyası quraşdırmışdır.
Bu stansiya vasitəsilə aşağıdakı məlumatları almaq mümkündür:
– Kənd təsərrüfatında düzgün qərar vermə;
– İqlim monitorinqi / 14 günlük sahənizə uyğun hava proqnozu;
– Xəstəlik və zərərvericilərlə bağlı xəbərdarlıq;
– Əkin və biçin vaxtları;
– Real vəziyyətdə torpaq nəmliyinin ölçülməsi;
– Don xəbərdarlıq sistemi;
– Bitkinin su tələbatının hesablanması;
– Şum, kultivasiya, gübrələmə və pestisid səpini üçün ideal vaxtların müəyyənləşdirilməsi.