pH ve EC Testerlər

Torpağın pH dəyərinin önəmi

Məhsulunun sağlam və bol olması hər bir fermerin arzusudur. İstəyin reallaşması üçün bəzi tələblərə əməl edilməsi vacibdir. Torpağın və suvarma suyunun elektrik keçiriciliyini, pH dəyərini bilmək və bu dəyərlərə nəzarət etmək bitkinin məhsuldarlığını artırmaq üçün ideal əsasdır. Bəs pH nədir?

Maddənin turşu və ya qələvi dəyərini anlamaq üçün istifadə etdiyimiz ölçüyə pH (potensial Hidrogen) deyilir. pH şkalası sıfırdan (turşuluğu ən yüksək) 14-ə (qələviliyi ən yüksək) qədər dəyişən dəyərlərə malikdir.

Məhsullarınızda arzuolunan nəticəyə nail olmaq üçün torpağın pH dəyəri ideal olmalıdır. 6-7 pH diapazonu bitki inkişafı üçün ən əlverişli aralıqdır, çünki qida maddələrinin əksəriyyəti bu aralıqda asanlıqla köklər tərəfdən udulur.

Torpağınızda olan hidrogen ionlarının miqdarının bitkilərin inkişafına təsiri

pH metrdən istifadə etməyin vacib bioloji səbəbləri var. Bunlardan biri torpağın pH dəyərinin qida maddələrinin mövcudluğuna olan təsiridir. Çünki qida maddələri müxtəlif pH-larda daha çox/az mövcud olur. Soldaki şəkildə müxtəlif qida maddələrinin hansı pH diapazonunda mövcud ola biləcəyini görürsünüz. pH dəyərinizi ölçdükdən sonra asanlıqla hansı qida maddəsinə ehtiyac olduğunu biləcək və tədbirinizi alacaqsınız.

Texniki məlumat və qısa istifadəsi

AD11 İSTİFADƏ QAYDASI

Bizim sizlərə təklif etdiyimiz məhsullar (AD11) bazarda ən qabaqcıl mikroprosessor əsaslı su keçirməz pH testerlərdir. Sürətli və stabil olan bu testerlər böyük dəqiqlik tələb edən istifadəçilər üçündür. 2 sıra LCD displey (həm pH, həm də temperatur ölçmələrini oxuyur) ilə təchiz olunmuş testerlərlə işləyən zaman, asan və dəqiq qeyd üçün ekranı donduran daxili HOLD funksiyası sizin işinizi daha da asanlaşdıracaq.

Xüsusiyyətləri:

  • Sukeçirməz xarici örtük
  • pH/Temperatur zondunun asanlıqla dəyişdirilməsi
  • Asan kalibrləmə proseduru
  • Unikal sabitlik göstəricisinin köməkliyi ilə dəqiq cavab
  • pH dəyəri ilə eyni zamanda temperatur ölçülməsi

 

Çox kiçik həcmə malik olan pH testerlərimizdən istifadə edərək laboratoriyaya ehtiyac olmadan asanlıqla torpağınızın və suvarma suyunuzun pH dəyərini biləcək və hər hansı bir problem olduqda əvvəlcədən tədbir görəcəksiniz.

Torpağın EC (Elektrik Keçiriciliyi) dəyərinin önəmi

Fermerlərin öz torpaqlarında baş verənlərə dair məlumat almaq üçün istifadə edə biləcəyi bir çox müxtəlif tədbirlər var. Ümumilikdə bu tədbirlər torpağın nə qədər sağlam olduğuna dair fikir verir. Torpağın sağlamlığı üç əsas komponentdən ibarətdir: həyat; məhsuldarlıq və struktur. Bitki böyüməsini effektiv şəkildə dəstəkləyən tam sağlam torpağa sahib olmaq üçün bu komponentlərin hər üçü optimal olmalıdır. Hər bir komponent haqqında lazımi məlumat almaq üçün xüsusi tədbirlər var və bununla da fermer torpağın optimal sağlamlıqdan nə qədər uzaq olduğu haqda xəbərdar ola bilər. Torpağın münbitliyinin göstəricisi kimi istifadə etdiyimiz fundamental ölçmələrdən biri də elektrik keçiriciliyidir.

Elektrik keçiriciliyi (EC) torpağın elektrik cərəyanını keçirmə qabiliyyətinin ölçüsüdür. Kənd Təsərrüfatında isə, əsasən torpaqda olan qida maddələrinin mövcudluğunu öyrənmək üçün istifadə olunur.

Torpaqdakı əksər ölçü parametrində olduğu kimi, EC-nin də çox yüksək olmaması lazımdır, çünki bu qida maddələrinin, xüsusilə Natrium və Magneziumun çox olması torpağın sağlamlığına zərər verə bilər. Torpaqda optimal EC səviyyələri buna görə də metr başına 110-570 milliSiemens (mS/m) arasında dəyişir. Çox aşağı EC səviyyələri mövcud qida maddələrinin azlığını, çox yüksək EC səviyyələri (əksər hallarda şoranlıq bildirir) isə qida maddələrinin artıqlığını göstərir. Aşağı EC-lər çox vaxt qumlu torpaqlarda, yüksək EC səviyyələri isə adətən yüksək gil tərkibli torpaqlarda olur.

Texniki məlumat və qısa istifadəsi

AD32 İSTİFADƏ QAYDASI

AD32 modeli torpağın elektrik keçiriciliyini, temperaturu ölçən cihazdır. Xarici örtüyü nəmdən qorunmaq üçün tamamilə izolyasiya olunub. Bütün EC (elektrik keçiriciliyi) və TDS (ümumi həll olmuş bərk maddələr) ölçmələri zamanı temperatur avtomatik olaraq ölçülür. Temperatur miqdarı displeydə həm °C, həm də °F olaraq göstərilə bilər.

Xüsusiyyətləri:

  • Sukeçirməz xarici örtük
  • EC dəyəri ilə eyni zamanda temperatur ölçümü
  • EC / TDS çevirmə əmsalı
  • Asanlıqla əvəzedilə bilən AD32P probu
  • Batareyaları dəyişdirmək lazım olduqda istifadəçini xəbərdar edən aşağı batareya simvolu

Ölçmələr displeydə unikal sabitlik göstəricisi ilə yüksək dəqiqliklə həyata keçirilir. Kapsullaşdırılmış temperatur sensoru tez və dəqiq temperaturun ölçülməsinə və kompensasiyasına imkan verir. AD11 testerində olan HOLD funksiyası AD32 modelində də mövcuddur.Ölçmə isə olduqca sadədir, ilk olaraq SET/HOLD düyməsini basaraq istədiyiniz EC və ya TDS rejimini seçin. Zondu zərifcə qarışdıraraq yoxlanılacaq məhlula batırın. Ölçmələr stabillik göstəricisi (qum saatı) yox olduqda aparılmalıdır. Hər bir ölçmədən sonra sizin istəyinizdən asılı olaraq asanlıqla kalibrlənə bilir.