Torpaq skaneri və analizi

Ənənə innovasiya ilə birləşir.

Torpağın skan edilməsi bir sahədəki torpaq xüsusiyyətlərinin dəyişməsinin ətraflı öyrənilməsi, əkin planlaşdırılması və dəqiq torpaq analizi üçün ideal əsasdır.

Ənənəvi nümunə götürmədə əldə olunmuş torpaq analizi cavabları sahənin hansı hissəsini təmsil etməsini bilmək mümkün deyil. Standart excell analiz cavabları, ənənəvi gübrə tətbiqi proqramları sizi yorur və bəzən görülən işlərin keyfiyyətini azaldır.

EM skaner xidməti, sahələrinizin tam və hərtərəfli xəritələşdirilməsini təmin edərək, torpağın iki dərinliyində olan nəticələri üçün yüksək dəqiqliklə məlumat toplayır.

Skan prosesi

Skaner torpağın üzərində hərəkət edərək və heç bir sahə məhdudiyyətinin təsiri olmadan (şum, yüksək alaq, nahamarlıq və s.) ərazini analiz edə bilir. Torpaq nəmliyi geniş məlumatlı xəritələrin yaradılmasında vacib elementdir, buna görə də payızdan yazadək məlumat toplama dövrü üçün ideal vaxtdır.

Çünki, skan birdəfəlik prosesdir və gələcəkdə sahə idarəetməsi üçün bir sərmayədir, bununla da yüksək detallı xəritələr yaratmaq üçün yüksək dəqiqliyə sahib məlumatlar toplayırıq:

Xüsusi qoşqu vasitəsi traktor və ya avtomobilə qoşulur və skaner avtomobilin içinə quraşdırılmış xüsusi monitora bluetooth ilə bağlanır və GPS ilə birlikdə məlumat toplamağa başlayır.

Bu amillərin birləşməsi o deməkdir ki, toplanan keçiricilik məlumatları və hazırlanan xəritələr sizə etibarlı, rəqəmsal və ətraflı əkinçilik məlumatları təqdim edir.

Xüsusi qoşqu vasitəsi traktor və ya avtomobilə qoşulur və skaner avtomobilin içinə quraşdırılmış xüsusi monitora bluetooth ilə bağlanır və GPS ilə birlikdə məlumat toplamağa başlayır

Torpağın ikiqat dərinlik məlumatı toplanaraq, torpaq dəyişkənliyi göstərilir – skaner 30-40sm və 80-120sm arasında məlumat toplayır

Saniyədə 8 dalğa göndərən skaner 11 parametri analiz edir

Skanerin təqdim etdiyi xəritələrdən istifadə

Skanerin təqdim etdiyi xəritələrdən və məlumatlardan istifadə etdiyinizdə bizim komanda xidmətin bir hissəsi olaraq sizə hesabat təqdim edəcəkdir.

Əldə olunmuş məlumat və xəritələr müxtəlif  məqsədlər üçün istifadə edilə bilinər:

Torpaqdakı fiziki, kimyəvi göstəricilərin (Makro və Mikro elementlər, eləcə də EC, pH, torpaq teksturası) yayılma sahəsi və topoqrafiya

Gübrə və əkini torpağın xüsusiyyətlərinə uyğun etmək üçün menecment xəritəsi

Ərazinin əvvəlki illərdə torpaq göstəriciləri ilə skan edilmiş xəritə nəticələri arasında müqayisəsi

Xidmətlə bağlı təklif al

Laboratoriya analizləri

Su analizi

Yağıntının miqdarı kifayət qədər olmayan ərazilərdə bitkinin ehtiyac duyduğu su təbii yollarla qarşılana bilmədiyi üçün müxtəlif suvarma sistemlərindən istifadə olunur. Əgər kənd təsərrüfatında istifadə etdiyiniz suların keyfiyyəti və tərkibindəki elementlərin miqdarı əksik və ya normadan artıq olarsa torpaqlarınız vaxt keçdikcə duzlaşa, eroziyaya uğraya və bəlkə də zəhərli maddələrin təsiri ilə əkdiyiniz bitkilərin inkişafı zəifləyə və ya tamamilə dayana bilər. Su analizləri nəticəsinə əsasən həmin sudan istifadə etməyin doğru olub olmadığı ortaya çıxacaqdır. Biz su analizi hesabatının sonunda su kateqoriyasını və ümumi rəyi qeyd edirik.

Qiymət: Su analizi - 105 AZN

 

Xüsusiyyətləri: pH, EC, SAR, RSC, Sulfat, Xlor, Karbonat, Bikarbonat, Kalsium, Magnezium, Kalium, Natrium, Bor

Nümunə götürmə qaydası:

Təmiz və şəffaf 330 mL-lik butulka analiz ediləcək su ilə ən azı 3 dəfə yaxalanmalıdır

Nümunə olaraq götürüləcək su 3-5 dəqiqə arasında axıdılıb, hava boşluğu buraxmadan butulkaya tam doldurulmalıdır

Qapaq sıx bağalanmalıdır və qaranlıq yerdə saxlanılmaıdır

Sığorta məqsədilə hər nümunə üçün 2 ədəd minimum 330 ml-lik butulka götürülməlidir.

Nümunələrin götürülməsi üçün konsultant kimi əməkdaşımız ezam olunarsa əlavə xidmət haqqı təyin olunur.

Torpaq analizi

Bu analiz vasitəsilə ərazinizin gübrə ehtiyacını öyrənmiş olursunuz. Əkmək istədiyiniz bitkinin tələbatları ilə torpaq analizi nəticələrini qarşılaşdırdığınız zaman sizə yüksək məhsuldarlıq üçün hansı qidalı maddələrin verilməsi və miqdarının təyin olunması lazım olduğu məlum olacaqdır. Analizlərdən gözlənilən xeyrin əldə olunması üçün nümunələrin qaydalara uyğun olaraq götürülüb düzgün analiz olunması şərtdir.

Paket 1 - 65 AZN

Xüsusiyyətlər: Azot, Fosfor, Kalium, Orqanik Maddə, pH, EC, Duz, Əhəng, Tekstura.

Paket 3 - 105 AZN

Xüsusiyyətlər: Azot, Fosfor, Kalium, Orqanik Maddə, Saturasiya, pH, EC, Duz, Əhəng, Mis, Dəmir, Mangan, Sink, Kalsium, Maqnezium, Natrium.

Yarpaq analizi

Virus analizi

Gübrə analizi

Toxum analizi