Komanda

Seymur Sadıxov

Regional Menecer

Azərbaycan Dövlət Aqrar universitetin Menecment Alman proqramı ixtisası üzrə təhsil almışdır. Təhsil müddətində mübadilə proqramı vasitəsilə Almaniyada DEULA akademiyasında kənd təsərrüfat menecmenti üzrə təcrübə proqramını müvəffəqiyyətlə tamamlamışdır.

Aqrar sahənin perspektivləri, gənclər arasında sahibkarlığın inkişafı və ekologiyanın qorunmasına dair bir çox yerli və beynəlxalq təbirlərdə iştirakçı və təşkilatçı olmuşdur.

YapıkrediBank Azərbaycan QSC-də 2012-2017-ci illər arasında Müştəri xidmətləri üzrə menecer vəzifəsində işləmişdir.

2017-ci ildən hal-hazıradək Azərbaycan Texnologiya Universitetinin “Muhasibat Uçotu və İqtisadi Təhlil Şöbəsi”nin müdir müavini vəzifəsində işləyir.

Avqopa birliyinin “Erasmus+” proqramının “Kənd və regionlarda gənclərin kənd təsərrüfatı sektoru və sahibkarlıq üzrə işlə təminatı” proyektinin ölkə üzrə Mentorlarından biridir.

Hal-hazırda şirkətimizin Gəncə-Qazax iqtisadi zonası üzrə regional meneceridir.