Şəkər çuğundurunun gübrə və su istəyi

Sulama:

Şəkər çuğundurunda əsas inkişaf iyul, avqust aylarında olduğu üçün suvarmaya ehtiyac duyur. Ancaq çox suvarma nəticəsində məhsul böyük ola bilər və bunun nəticəsində şəkərin miqdarı aşağı düşür. Bu səbəbdən orta suvarmaya ehtiyac duyulur.

Praktiki olaraq şəkər çuğundurunun yarpaqlarını tünd yaşıl rəng olduqda və ya günorta saatlarından sonra solan yarpaqların axşam tərəfi təkrar əvvəlki halına gəlmədikdə sulama vaxtı gəlmiş sayılır.

İlk suvarma iyul ayının ortalarında aparılır. İnkişaf vaxtında 15-20 gündə bir 4-6 dəfə və hər sulamada 80-120 mm su verilməsi uyğun hesab edilir.

Şəkər çuğundurunda cüt sıralı sulama və baraza üsulu suvarma ilə yanaşı yağış suvarması da geniş istifadə olunmalıdır.

Şəkər çuğunduru üçün ən uyğun suvarma yağış suvarma üsuludur lakin, suvarma suyunun keyfiyyətinə diqqət etmək lazımdır.

Gübrələmə:

Şəkər çuğundurunun azot, fosfor və kalium ehtiyacı çoxdur.Azot şəkər çuğundururnda şəkər miqdarını aşağı salsa da məhsul verimində ciddi artımlar olacaqdır.

Fosforlu gübrə hamısı və azotlu gübrənin yarısı əkin vaxtı verilir. Azotlu gübrənin digər yarısı da seyrəltmədən sonra, birinci dibdoldurmadan öncə verilməlidir.

Ünvan: Tbilisi Prospekti 3001, Oskar Biznes Mərkəzi | Tel: +99451 311 00 55 | E-mail: [email protected]

Copyright 2019 © All rights Reserved. 

Design by Megavision International