2012-2016-cı ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Torpaqşünaslıq və Aqrokimya ixtisasında bakalavr təhsili almışdır. 2016-2018-ci ildə Aqronomluq istisasının Bitkilərin mühafizəsi ixtisaslaşması üzrə Magistr təhsili almışdır. Təhsil aldığı müddətdə Cəlilabad rayonunda yayılan torpaq tipləri və müasir əkinçilikdə pambıq sovkasına qarşı mübarizə tədbirləri mövzusunda tədqiqatlar aparıb. ADAU təcrübə stansiyası, AQAT Agro MMC və Yalama Agropark MMC-də təcrübə keçib və Gilan Agricultural Groupda təcrübəçi aqronom, Yalama Aqroparkda aqronom kimi fəaliyyət göstərib.