NPC Agro və Gilan Orchards MMC arasında bağlanmış müqaviləyə əsasən bağlarda dəyərləndirmələr həyata keçirilib​

“NPC Agro” ilə “Gilan Orchards” MMC arasında bağlanmış müqavilə çərçivəsində Azərbaycanın müxtəlif şəhər və rayonlarında (Xaçmaz, Qusar, Göyçay, Lənkəran) salınmış bağların ümumi dəyərləndirilməsi fonunda sulama analizi aparılıb. Müqavilə çərçivəsində ərazilərdə aşağıdakı işlər görülüb:

  1. Suvarma sisteminin ümumi vəziyyəti üzrə dəyərləndirmə;
  2. Ərazi üzrə təzyiqin ölçülməsi və verilən suyun doğru paylanması;
  3. Daxil olan suyun və filterdən çıxan suyun keyfiyyətinin ümumi sistemin işinə olan təsirinin yoxlanılması;
  4. Suvarma ilə bitkinin hazırkı vəziyyəti arasındakı əlaqənin öyrənilməsi.

Ərazidə işləyən mütəxəssis Cənab Ingvard Find olmuşdur. Cənab İnqvard Nelson Irrigation Şirkətinin mütəxəssisi, Syngenta, Bayer kimi aqrar sahədə fəaliyyət göstərən şirkətlərin konsultantı olmuşdur. Hazırda Çin, Rusiya, Brazilya, Argentina, Rumıniya və başqa ölkələrdə böyük suvarma və əkin layihələrinin dizaynı və hazırlanması ilə məşğuldur. 

Ünvan: Tbilisi Prospekti 3001, Oskar Biznes Mərkəzi | Tel: +99451 311 00 55 | E-mail: [email protected]

Copyright 2019 © All rights Reserved. 

Design by Megavision International