NPC Agro və Modern Group MMC arasında sahə dəyərləndirilməsi üzrə xidmət müqaviləsi bağlanmışdır

“NPC Agro” və “Modern Group” MMC arasında xidmət müqaviləsi imzalanmışdır. Bağlanan müqaviləyə əsasən şirkətin Kürdəmir rayonunda yerləşən 1600 hektar sahəsində torpaqların ümumi diaqnostikası və gələcək əkinlərlə bağlı planlaşdırma aparılıb. Görülən işlər aşağıdakılardır:

  • İntensiv texnologiyaya əsaslanan innovativ kənd təsərrüfatı istehsal müəssisəsinin qurulması üçün ərazinin logistik qiymətləndirilməsinin və infrastrukturun yaradılması istiqamətində monitorinqlərin aparılması təklifinin hazırlanması;
  • Ərazini əhatə edən torpaq sahələrində aqrokimyəvi və struktur analizləri aparılaraq, torpaqların aqronomik diaqnostikasının işlənib hazırlaması;
  • Əraziyə hansı əkinlərin həyata keçirilməsinin uyğunluğu barədə rəy hazırlanması;
  • Torpaqların münbitliyinin və mexaniki strukturunun yaxşılaşdırılması istiqamətində kompleks aqrotexniki tədbirlər planının hazırlanması;
  • Ərazinin relyefinə və şum qatının dərinliyinə uyğun olaraq torpaqların səthi hamarlama işlərinin həyata keçirilməsi istiqamətində tədbirlər planının hazırlanması;
  • Ərazinin torpaq-iqlim şəraitinə uyğun olaraq növbəli əkin sisteminin qurulması və yüksək rentabelli bitkilərin əkilib becərilməsi üçün texnoloji xəritələrin hazırlanması, istehsal müəssisəsinin toxum, mineral-üzvi gübrələr, pestisid tələbatının müəyyənləşdirilməsi və kompleks kimyəvi mübarizə tədbirlər sisteminin hazırlanması;
  • Mövcud resursların dəyərləndirilməsi və 3 illik investisiya inkişaf biznes planının hazırlanması.

Ünvan: Tbilisi Prospekti 3001, Oskar Biznes Mərkəzi | Tel: +99451 311 00 55 | E-mail: [email protected]

Copyright 2019 © All rights Reserved. 

Design by Megavision International