2008-2012-ci illərdə Surxay Novruzov Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində ətraf mühitin qorunması ixtisası üzrə bakalavr təhsili almışdır. 2014-2016-cı illərdə Macarıstanda yerləşən Debrecen Universitetində Ətraf mühit və kənd təsərrüfatının idarə olunması üzrə magistr dərəcəsinə yiyələnmiş, təhsil müddətində əlavə olaraq dünyada ətraf mühit və kənd təsərrüfatı sahəsində lider olan Vağeningen Universitetində daxili mübadilə proqramı ilə təhsil almışdır. Akademik fəaliyyəti dövründə əsasən torpaq kimyası, kənd təsərrüfatı və ətraf mühit, davamlı kənd təsərrüfatı kimi mövzularda fərdi və qrup araşdırmalar aparmışdır. 2017-ci ildən etibarən Bakı Dövlət Universitetində, UNEC-in Beynəlxalq İqtisad Məktəbində ətraf mühit iqtisadiyyatı, ekoturizm mövzuları üzrə müəllim işləyir.