İsmayıllı rayonunda 142 hektar sahədə torpaq skaner və müxtəlif xidmətlər göstərilib

NPC Agro fermerlərimizə dəqiq kənd təsərrüfatı xidmətləri göstərməkdə davam edir.

Son 6 gün ərzində əməkdaşlarımız tərəfindən İsmayıllı rayonunda 142 hektar ərazidə salınmış meyvə bağında aşağıdakı xidmətlər göstərilmişdir:

– Torpaq skaneri (0,5 m və 1 m dərinlikdə torpağın EC və minerallaşma xəritəsi tərtib olunmuşdur);
– Topoqrafiya (ərazidə yerləşən obyekt, göl, bağların qruplaşdırılması, elektrik naqillərinin yerləşməsi, nahamarlıqların müəyyən edilməsi və s. məlumatlar əldə edilmişdir);
– Bitkilərin dəyərləndirilməsi (xəstə, az inkişaf etmiş bitki və calaq altından vegetativ inkişaf göstərən ağacların GPS vasitəsilə yerinin müəyyənləşdirilməsi).

Bütün qeyd olunan məlumatlar tamamlandıqdan sonra ərazi üzrə menecment, drenaj xətlərinin çəkilməsi və gübrələmə xəritəsinin də yer alacağı hesabat tərtib olunacaqdır.

Ünvan: Tbilisi Prospekti 3001, Oskar Biznes Mərkəzi | Tel: +99451 311 00 55 | E-mail: [email protected]

Copyright 2019 © All rights Reserved. 

Design by Megavision International