Komanda

İngvard Find

Biznesin inkişafı üzrə mütəxəssis və həmtəsisçi

İnqvard Find NPC Agro-nun həm təsisçisi olaraq 100-dən çox ölkədə kənd təsərrüfatı texnologiyaları və biznesin inkişafı sahəsində 30 ildən çox təcrübəyə sahibdir. Cənab Find beynəlxalq suvarma şirkətlərində (John Deere Water, Rain Bird International, Lindsay Manufacturing, Con-Agra Foods, McCain Foods və Environmental Sensor İnc.) rəhbər vəzifələr tutmuşdur. İnqvardın təşəbbüskarlığı və yeni texnologiya bazarının inkişafı sahəsindəki strateji təşəbbüsləri hazırda qlobal şirkətlərin əhəmiyyətli dərəcədə bazarda inkişafına və genişlənməsinə səbəb olub.

 

Hazırda, Cənab Find, Aquavit Konsaltinq şirkətinin təsisçisi və rəhbəri kimi, dünyada qlobal miqyasda ağıllı kənd təsərrüfatı məhsullarının hazırlanması və tədqiqatı ilə məşğuldur. Cənab Findin iş qabiliyyəti, onun digər mədəniyyətlər arasında fasiləsiz ünsiyyət qurma bacarığı ilə birlikdə beynəlxalq şirkətlərə – Latın Amerikası, Afrika, Şərqi və Qərbi Avropa, Çin, Avstraliya və Yeni Zelandiyadakı bazarlara daha geniş çıxışı üçün imkanlar yaratmışdır. Ingvard bazarda yeni texnologiyaların sürətli uğur qazanması fürsətini təmin etmək üçün dövlət qurumları və tədqiqat mərkəzləri ilə sıx əməkdaşlıq edir. O, kənd təsərrüfatında və torpaq idarəçiliyində dayanıqlı həllər üçün müxtəlif istiqamətlərin inkişafı ilə nəticələnən strateji layihə və proqramların təşəbüsskarı olmuşdur.

Cənab Find Danimarkada yerləşən Aqronomluq Kolleci, St. Paul şəhərində yerləşən “University of Minnesota” və Ontario şəhərində yerləşən “İvey Business School” təhsil mərkəzlərində təhsil almışdır.

Ingvard İngilis, İspan və Danimarka da daxil olmaqla bir neçə dildə danışır və Portuqal və Alman dillərində güclü iş biliklərinə malikdir.