Goranboyda 100 hektara yaxın meyvə bağı skan edilib

NPC Agro tərəfindən Region Agro MMC-nin Goranboy rayonunda yerləşən bağ sahəsinin 100 hektara yaxın hissəsində skaner xidməti göstərilib.

Nəticələrə əsasən sahənin bir çox hissəsində duzluluq səviyyəsinin meyvə bağları üçün çox olması aşkar edilib. Torpaq nümunələrindən götürülən analizin nəticələrinə əsasən də bu duzluluğun meyvə ağaclarının inkişafına ciddi təsir göstərdiyi müəyyən edilib.

Skaner xidməti ilə yanaşı bağların ilkin dəyərləndirilmə prosesi həyata keçirilib. Təqdim olunan hesabatda ərazinin duzlaşmasının qarşısının azalması və mövcud olan yüksək EC normalarının aşağı salınması üzrə tədbirlər planı hazırlanıb.

Ünvan: Tbilisi Prospekti 3001, Oskar Biznes Mərkəzi | Tel: +99451 311 00 55 | E-mail: [email protected]

Copyright 2019 © All rights Reserved. 

Design by Megavision International