Ünvan: N.Nərimanov, Bakı, Azərbaycan, Aşıq Molla Cümə küç, 44B | Tel: +994 50 712 89 49 | E-mail: [email protected]
2023 © Müəllif hüquqları qorunur.
Dr. Agro kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən bütün şəxslər üçün nəzərdə tutulmuş diaqnostik və konsultasiya proqramıdır. Proqram mobil platformada (iOS və Google Play) və WEB versiyada istifadəçilərə xidmət göstərir.
Layihə çərçivəsində hazırlanan mobil proqram fermerlərə əkmək istədikləri məhsul və ya məhsullar üzrə aqrotexniki əməliyyatların ardıcıllığını, əkin prosesində ortaya çıxacaq xərclər barədə öncədən məlumatlanma, aqranomlarla yazışmaq, onlara foto göndərmək və birbaşa zəng kimi funksiyalardan istifadə etməklə şansı yaradır.
Fermerlər aşağdakı xidmətlərdən yararlana biləcəklər:
Təklif olunan bu layihə fermerlərin online qaydada məlumatlanmasına, onların sahələrini online idarə edə bilməsinə, onların sahədə baş verə biləcək hansısa problemin daha çevik həll olunmasına və məhsuldarlığın artımına kömək edəcəkdir.
Fermerlərin əldə edəcəkləri:
Dr. Agro layihəsi çərçivəsində hazırlanan mobil proqram və sayt vasitəsilə istifadəçilər rahatlıqla qeydiyyatdan keçə bilər. Qeydiyyat zamanı istifadəçilərin daxil etdikləri məlumatlara əsasən onlar əkin planları və əkin büdcələri əldə edəcəklər. Dr. Agro-ya qeydiyyat ödənişsizdir. Qeydiyyatdan keçdikdən sonra siz təklif olunan müxtəlif məhsulları, xidmətləri və aqrotexniki tədbirlər planlarını da əldə edə bilərsiniz.