Ünvan: N.Nərimanov, Bakı, Azərbaycan, Aşıq Molla Cümə küç, 44B | Tel: +994 50 712 89 49 | E-mail: [email protected]
2023 © Müəllif hüquqları qorunur.
Hüquqşünas
Anar Əlizamanlı 2014-2016-cı ilə qədər vəkil köməkçisi, təhqiqatçı köməkçisi, həmçinin hüquqi tərcüməçi olaraq işləmişdir. Bundan əlavə “Avropa Tələbələr Forumu Bakı İctimai Birliyi”nin 2015-2016 -cı il üzrə idarə heyətinin üzvü olaraq hüquq məsələləri üzrə məsul şəxs vəzifəsinə seçilmiş, fəaliyyət dövrü ərzində beynəlxalq tədbirlərin və digər yerli forum və seminarların keçirilməsində iştirak etmiş, Avropa İttifaqının, Almaniya Sənaye Palatasının təşkil etdiyi Sahibkarlığın hüquqi tənzimlənməsi mövzusunda olan təlimlərdə iştirak etmişdir.
Təhsil müddəti dövründə Bakı Ağır Cinayətlər Məhkəməsində təcrübəçi olmuşdur. Bundan əlavə 30-dan çox yerli, 10-dan çox beynəlxalq tədbirlərin iştirakçısı olmuşdur.
Anar Əlizamanlı Milli Aviasiya Akademiyasının İqtisadiyyat və Hüquq fakültəsinin və Çinin Renmin Universitetinin Hüquq məktəbinin məzunudur.