Dr. Agro layihəsi haqqında

Dr. Agro kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən bütün şəxslər üçün nəzərdə tutulmuş diaqnostik və konsultasiya proqramıdır. Proqram mobil platformada (iOS və Google Play) və WEB versiyada istifadəçilərə xidmət göstərir.

Layihə çərçivəsində hazırlanan mobil proqram fermerlərə əkmək istədikləri məhsul və ya məhsullar üzrə aqrotexniki əməliyyatların ardıcıllığını, əkin prosesində ortaya çıxacaq xərclər barədə öncədən məlumatlanma, aqranomlarla yazışmaq, onlara foto göndərmək və birbaşa zəng kimi funksiyalardan istifadə etməklə şansı yaradır.

Fermerlər aşağdakı xidmətlərdən yararlana biləcəklər:

  • Online gübrə, toxum, bitki mühavizə vasitələri və müxtəlif kənd təsərrüfatı cihazları almaq imkanı;
  • Qeydiyyatdan keçərək təklif olunan aqro xidmətlərdən istifadə;
  • Əkin sahəsi və növünə uyğun öncədən büdcə xərclərini öyrənmək imkanı;
  • Əkin planlamasını etmək imkanı;
  • Əkində yaranan problemlər barədə birbaşa fermer dəstəyinin göstərilməsi;
  • Müxtəlif analiz xidmətlərindən faydalanmaq imkanı;

Təklif olunan bu layihə fermerlərin online qaydada məlumatlanmasına, onların sahələrini online idarə edə bilməsinə, onların sahədə baş verə biləcək hansısa problemin daha çevik həll olunmasına və məhsuldarlığın artımına kömək edəcəkdir.

Fermerlərin əldə edəcəkləri:

  • Əkin sahələri barədə öncədən aqrotexniki işlərin görülməsi ilə bağlı bildirişlər alacaqlar;
  • Regionun iqlim xüsusiyyətlərinə uyğun meteoroloji məlumatlar barədə öncədən məlumatlanacaqlar;
  • Fermer dəstəyi və aqrotexniki işlər barədə aldıqları məlumatlar ilə daha bol məhsul əldə etmək imkanları;

Dr. Agro layihəsi çərçivəsində hazırlanan mobil proqram və sayt vasitəsilə istifadəçilər rahatlıqla qeydiyyatdan keçə bilər. Qeydiyyat zamanı istifadəçilərin daxil etdikləri məlumatlara əsasən onlar əkin planları və əkin büdcələri əldə edəcəklər. Dr. Agro-ya qeydiyyat ödənişsizdir. Qeydiyyatdan keçdikdən sonra siz təklif olunan müxtəlif məhsulları, xidmətləri və aqrotexniki tədbirlər planlarını da əldə edə bilərsiniz.