Dövlət üçün

img

Kəndlərin və regionların davamlı və innovativ inkişaf programlarının hazırlanması və realizasiyası

Kənd inkişafı və nisbətən ölkənin ucqar və seyrək məskunlaşmış ərazilərində yaşayan əhalinin iqtisadi rifahının və həyat keyfiyyətinin yaxşılaşdırılmasına deyilir. Yerli şəraitə uyğun kiçik kənd təsərrüfatı biznes layihələrinin, regiona xas proqramların hazırlanması, təşkili və idarə olunması qeyd olunan xidmət çərçivəsində həyata keçiririk. Bu proqramlar həyata keçirildiyi təqdirdə yerli əhalinin gəlirləri artır və lokal iqtisadiyyat ətraf mühitə zərər vermədən davamlı olaraq inkişaf edir.

img

Səyyar və stasionar laboratoriyaların qurulması

Torpağın, suyun və yem məhsullarının kimyəvi və fiziki analizlərinin aparılması üçün texniki avadanlıqların quraşdırılması, mütəxəssislərin təlimatlandırılması, analiz işinin təşkili kimi məsələlər qeyd olunan xidmətə daxildir. Bizim laboratoriyalar yüksək dəqiqliklə analiz obyekti üzrə bütün göstəriciləri analiz etmək imkanına sahibdir. Bu isə sizin təsərrüfatınızın gəlirlərinin artmasına imkan yaradır.

img

Ümumi CİS xidmətlərinin göstərilməsi

Pilotsuz təyyarələr və ya dronlar vasitəsilə məsafədən zondlama və aerofoto çəkilişlər, torpağın spektral xarakteristikalarının tədqiqi, illik proqnozların xüsusi proqramlar vasitəsilə təhlili və s. qeyd olunan xidmətin tərkib hissələridir. Müasir üsullarla hazırlanması təklif olunan xəritələr fermerlərə öz əraziləri haqqında (torpaq göstəriciləri, illik eroziya və s.) məlumatları bir veb səhifədən almaq imkanı verir.

img

Kənd təsərrüfatının müxtəlif istiqamətlərində real vəziyyətini əks etdirən araşdırma və tədqiqatların aparılması

Dövlət, beynəlxalq araşdırma mərkəzləri və insitutlar, həmçinin investorlar üçün yerli və xarici mütəxəssislər qrupu tərərfindən kəmiyyət və keyfiyyət araşdırmalarının aparılması, nəticə üzrə hesabatların yazılması, əraziyə xas dataların yığılması və s. kimi xidmətlər təklif olunur. Bu məlumatlar ərazi haqqında real vəziyyəti əks etdriməklə yanaşı, gələcəkdə hər hansı dövlət proqramının və ya özəl investisiya qoyuluşunu daha effektiv edir.

img

Fermerlər üçün təlimlərin təşkili

İstər dağlıq ərazidə kiçik ailə təssərüfatında işləmək üçün, istərsə də ölkəmizin yarımsəhra regionlarında böyük kənd təsərrüfatı fəaliyyətində düzgün metodlar istifadə etmək və yüksək məhsuldarlığa nail olmaq üçün elmi və praktiki təcrübəyə yiyələnmək fermerlər üçün vacib məsələdir. Bu prosesdə yerli şəraiti nəzərə almaqla və asan izah üsullarını tətbiq etməklə təlim proqramını daha maraqlı, öyrədici etmək mümkündür.

Bizim təlim proqramlarından birində iştirak etməklə fermerlər hər hansı bir problemlə mübarizədə beynəlxalq ekspertlərin təqdim etdiyi müasir üsulları istifadə etməyi öyrənəcəklər. Yeni üsulları öyrənmək isə mövcud bacarıqların inkişafına və öz ətraflarındakı həmkarları ilə bir neçə gün vaxt keçirməklə təcrübələrin paylaşımına, yayılmasına, onlar arasında şəbəkə yaratmağa kömək edəcəkdir.

Təlimlər 2-3 günlük proqram əsasında (tələbdən asılı olaraq) 3 mərhələli şəkildə təşkil olunacaq.

Nəzəri hissə – Bu hissədə təlimçi tərəfindən iştirakçılara qeyd olunan mövzuları əhətə edən, asan və anlaşılan dildə təqdimatlar ediləcək.

Sahə təcrübəsi – Nəzəri hissədəki məlumatların 50-60%-lik hissəsi praktiki hissədə tətbiq olunacaq.

Təcrübə bölüşmə – Fermerlər arasında əlaqəni gücləndirmək, təcrübə mübadiləsin artırmaq üçün bir çay süfrəsi ətrafında 1-2 saatlıq söhbətlər təşkil olunacaq.

img

Pambıq, taxıl, soya, qarğıdalı və s. sənaye əhəmiyyətli bitkilərin yeni metod və texnologiyalar vasitəsi ilə əkini

Ölkəmiz özünün dənli və paxlalı bitkilərə olan tələbatını ödəməkdə idxaldan böyük ölçüdə asılıdır. Buna görə də biz bu sahədə innovativ və müasir metodlardan istifadə etməklə yüksək məhsuldarlıq əldə edə biləcəyimiz əkin layihələri təklif edirik. Hollandiyada yerləşən və bizim tərəfdaşımız olan Vağeningen Universiteti və Araşdırma Mərkəzinin tərkibində 15 ildən artıqdır ki, müxtəlif sənaye bitkilərin əkinini və onların yetişmə prosesini araşdıran qrup fəaliyyət göstərir. Bu qrupda yer alan bizim konsultantlardan olan Ruud Timmer və Kriss de Visser əkin prosesində əsas mütəxəssislər qismində iştirak edirlər. Biz orta məhsuldarlığı 50% və daha çox artırmağı təklif edirik. Bunun üçün biz əkinə hazırlıq, toxum seçimi, suvarma, torpaq yemləmə, zərərvericilərlə mübarizə kimi bütün mərhələrdə fermerlərə dəstək olmağı təklif edirik.

img

Dünya bazarına kənd təsərrüfatı məhsullarının çıxarılması üçün lazımı sertifikatların alınması və standartların tətbiqi

Ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarını dünya bazarına çıxartmaq üçün bir neçə sertifikat tələb olunur. Sertifikatların alınmasında fermerlərə kömək etməklə onların məhsulunu daha rəqabətədavamlı edirik. Bugün ölkəmizdə əkilən və dünya bazarına çıxarılan məhsullar orqanik və ya orqanikə yaxın səviyyədə becərilir və ixrac edilir. Lakin bu məhsulların Avropa Birliyi, ABŞ, Yaponiya kimi ölkələrin orqanik məhsul sertifikatları standartlarından keçməməsi onları bazarda adi məhsul kimi tanıtdırır. Biz Almaniyadan akreditə olunmuş təşkilatlarla fermerlərə qısa zamanda orqanik sertifikat əldə etmələri üçün köməklik göstəririk.

img

Suvarma və drenaj sistemlərinin qurulması

Müasir suvarma sistemlərinin qurulması və kanal layihələndirmə prosesini bu sahədə dünya təcrübəsinə sahib Alman və holland tərəfdaşlarımız ilə birlikdə ən yüksək keyfiyyətdə, tikinti saxlama və idarə etmə kimi mərhələrdən ibarət olan layihələri minimum xərclə həyata keçirməyi təklif edirik.

img

Zərərvericilərlə mübarizədə yeni elmi əsaslı yanaşma tətbiq etmək və hərtərfli mübarizə aparmaq

Bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərdən mühafizəsi məqsədi ilə kompleks tədbirlərin həyata keçirilməsi və bu posesdə məqsədli şəkildə istifadə olunan pestisidlər, bioloji preparatlar, canlı faydalı orqanizmlər və texniki vasitələrin seçimi böyük elmi və praktiki bacarıq tələb edir. Biz qeyd olunan xidmət çərçivəsində bitkiləri zərərli orqanizmlərdən qorumaq üçün aqrotexniki, mexaniki, fiziki, kimyəvi, bioloji və digər üsullardan istifadə edirik və bu üsulları insanlara və təbiətə minimum zərər vemrəklə həyata keçiririk.

img

Elmi araşdırmalar vasitəsilə coğrafi şəraitə uyğun yeni hibrid toxum növlərinin yetişdirilməsi

Ərzaq təhlükəsizliyinin təmin edilməsində kənd təsərrüfatının əsas prioritet istiqamətlərindən olan toxumçuluğun inkişafı və milli genlərə sahib yeni hibrid toxumların əldə edilməsi ölkəmiz üçün vacib məsələdir.

Biz daha məhsuldar və xəstəliklərə davamlı sortların yaradılmasını öz xidmətlərimiz içində xüsusən qeyd etmək istəyirik. Bu növlərin yaradılması həm milli sortların qorunmasına, həm də məhsuldarlığın artmasına səbəb olacaqdır.

img

Heyvadarlıqda süni mayalanma işlərinin təşkili, yeni məhsuldar növlərin xaricdən idxalı, yerli şəraitə uyğunlaşdırılması

Yeni məhsuldar növlərin təyini və ölkəyə gətirilməsi eyni zamanda süni mayalanmanın təşkili xidmətlərimizin əsasını təşkil edir.

Heyvandarlıqda damazlıq-seleksiya işinin təkmilləşdirilməsi, fermerlərə keyfiyyətli süni mayalama və heyvandarlıq xidmətlərinin göstərilməsi sahəsində öz xidmətlərimizi təklif edirik. Bu xidmətlərdən istifadə nəticəsində qaramalın məhsuldarlığını artırmaqla, fermerlərin gəlirləri çoxalır və onların süni mayalama xidmətlərinə inamlarını daha da çoxalır.

Qeyd olunan xidmətlər çərçivəsində Fleçvieh, Montofon, Holstein, Montbeliarde, Charolais, Limusin kimi məhsuldar damazlıq südlük və ətlik inək növlərinin ölkəmizə gətirilməsi və adaptasiyası, sağlamlığının qorunub saxlanması kimi xidmətləri təklif edirik.

img

Ətraf mühitə dost kənd təsərrüfatı metodlarının tətbiqi (Good Agricultural Practices)

Artan global ekoloji problemlərin əsas səbələrindən biri kənd təsərrüfatı fəaliyyətidir. Su mənbələrinin mütəmadi olaraq kimyəvi gübrə və pestisidlərlə çirkləndirilməsi, yeni münbit ərazilər əldə etmək məqsədilə meşələrin qırılması, torpağın qeyri düzgün istifadə edilməsi nəticəsində erroziyaya uğraması kimi problemlər kənd təsərrüfatından qaynaqlanır. Qeyd olunan xidmət çərçivəsində biz fermerlər üçün xüsusi davamlı kənd təsərrüfatı proqramı hazırlayırıq və əkin prosesinin ətraf mühitə dost qaydada təşkilini təmin edirik.