Sahibkarlar üçün

img

Torpağın kimyəvi, fiziki analizlərinin edilməsi və fərdi gübrələmə tövsiyyə xarakterli hesabatların hazırlanması

Güclü torpaq makro və mikro elementlərlə zəngin torpaq deməkdir. Torpağınızın bu zənginliyin yoxlamaq üçün onu kimyəvi analiz etdirmək lazımdır. Bu analiz götürülmə mərhələsindən analiz edilməsinə qədər ciddi elmi və təcrübi yanaşma tələb edən çətin bir prosesdir. Biz sizə yüksək dəqiqliklə torpaqlarınızı analiz etməyi və həmin analizin nəticəsi üzrə fərdi məsləhət verməyi təklif edirik.

img

Əkin sahələrinin yerli aqro xüsusiyyətlərinə uyğun bitki növlərinin təyini, əkini, toxum və gübrələrin alınması ilə bağlı məsləhətlər

Yaxşı məhsuldarlıq əldə etmək üçün doğru toxumların və gübrələrin seçilməsi vacibdir. Mütəxəssislərimiz sizə doğru seçim etməkdə və həmin bitkilərin becərilməsində köməklik edəcək.

img

Müasir suvarma sistemlərinin qurulması

Kənd təsərrüfatında məhsuldarlığı artırmaq və suya qənaət etmək üçün modern sulama sitemlərinin tətbiqinə ehtiyac var. Bu sistemlərin sahələrdə qurulmasına, həmçinin saxlanma və əkilmiş bitkilər üzrə suvarma qrafikini də tərtib edirik. Bununla da ölkəmizdə məhsul itkisinin əsas səbəblərindən biri olan düzgün olmayan suvarma probleminin əhəmiyyətli dərəcədə aradan qaldırılmasına köməklik göstəririk.

img

Müəssisələrdə planlama və qeydiyyat işlərini asanlaşdıracaq proqramların tətbiqi (ERP)

Aqrar sektorda qeydlərin aparılması, dataların toplanması və planlara uyğun işlərin vaxtında görülməsini təmin etmək üçün müasir proqramların tətbiqini təklif edirik.

img

Fərdi əkin və inkişaf planlarının hazırlanması

Ərazinin cografi quruluşuna, iqlim şəraitinə və torpağın quruluşuna uyğun fərdi əkin planların hazırlanması, bu planların həyata keçirilməsi və 5, 10, 15 illik planlar üzrə gəlir və riskləri analiz edərək biznesinizin inkişafını daha davamlı hal alır.

img

Herbisidlər və pestisidlərin seçimi və təyini

Bitki və yerli aqroxüsusiyyətlərə uyğun olaraq herbisidlərin və pestisidlərin təyini, onların insan və təbiətə minumum zərərlə səpilməsini təşkil edir və bunun üçün tövsiyyə xarakterli proqram hazırlayırıq.

img

Kənd təsərrüfatı kredit və subsidiyalarının alınmasına informasiya dəstəyi

Lazımı sənədlərin hazırlanması, müraciətin edilməsi, kredit təşkilatları ilə görüşə hazırlıq və görüşlərin təşkili və kreditin gələcək istifadəsi üçün professional yazılı fəaliyyət proqramı hazırlayırıq.

img

Veterinar həkimlə təmin etmə

Veterinar xidmət göstərəcək həkimlərimiz bu sektorda uzun müddətli yerli və xarici təcrübəyə sahibdirlər. Biz mal-qaranın sağlam immun sisteminə sahib olması, sağlamlıq statusunun yoxlanması, xəstəliyə yoluxmuş heyvanların müalicəsi, düzgün qida rasionunun təyini, süni mayalanma və başqa xidmətlər göstəririk.

img

Kənd təsərrüfatı texnologiyalarının idxalı və quraşdırılması (suvarma sistemləri, parniklər, biçin, şum, səpin texnikaları və s.)

Hal-hazırda kənd təsərrüfatında daha çox məhsuldarlıq əldə etmək üçün müasir texnologiyalardan istifadə etməyə ehtiyac var. Müasir texnologiyalrın (suvarma sistemləri, parniklər, biçin, şum, səpin texnikaları və s.) ölkəyə gətirilməsi və sahələrinizdə istifadəsində təcrübəli kollektivimiz sizə kömək edə bilər.

img

Müəssisələrə kənd təsərrüfatı məhsullarının ixracı üçün dəstək

Məhsullarını xarici bazara çıxartmaq istəyən fermelərə mərhələli şəkildə məsləhət xidməti göstəririk. İxrac ediləcək ölkənin sertifikat tələbləri, logistik məsələlər, alıcı şirkətlərlə əlaqənin qurulması və s. kimi xidmətləri bizim mütəxəssislər həyata keçirir.