Su analizi

Yağıntının miqdarı kifayət qədər olmayan ərazilərdə bitkinin ehtiyac duyduğu su təbii yollarla qarşılana bilmədiyi üçün müxtəlif suvarma sistemlərindən istifadə olunur. Əgər kənd təsərrüfatında istifadə etdiyiniz suların keyfiyyəti və tərkibindəki elementlərin miqdarı əksik və ya normadan artıq olarsa torpaqlarınız vaxt keçdikcə duzlaşa, eroziyaya uğraya və bəlkə də zəhərli maddələrin təsiri ilə əkdiyiniz bitkilərin inkişafı zəifləyə və ya tamamilə dayana bilər. Su analizləri nəticəsinə əsasən həmin sudan istifadə etməyin doğru olub olmadığı ortaya çıxacaqdır. Biz su analizi hesabatının sonunda su kateqoriyasın və ümumi rəyi qeyd edirik.

Paket (105 AZN)
pH, EC, SAR, RSC, Sulfat, Xlor, Karbonat, Bikarbonat, Kalsium, Magnezium, Kalium, Natrium, Bor

Nümunə götürmə qaydası:
1.Təmiz və şəffaf 330 mL-lik butulka analiz ediləcək su ilə ən azı 3 dəfə yaxalanmalıdır.
2. Nümunə olaraq götürüləcək su 3-5 dəqiqə arasında axıdılıb, hava boşluğu buraxmadan butulkaya tam doldurulmalıdır.
3. Qapaq sıx bağalanmalıdır və qaranlıq yerdə saxlanılmaıdır.

Qeyd1: Sığorta məqsədilə hər nümunə üçün 2 ədəd 330 ml-lik butulka götürülməlidir.
Qeyd2: Nümunələrin götürülməsi üçün konsultant kimi əməkdaşımız ezam olunarsa əlavə xidmət haqqı təyin olunur.