Virus analizi

Xəstəlik və virus analizi

Xəstəlik analizləri bitkilərin hansı patogen (fungus, bakteriya, virus) tərəfindən törədildiyini anlamaq üçün yerinə yetirilir. Bu analiz həm bitki yarpağında, həm meyvəsində, həm də toxumunda aparıla bilir.

Analiz üçün nümunə götürmə qaydası:

Xəstəlik analizləri bitkilərin budaq, kök, yarpaq və s. bu kimi hissələri ilə edilir. Lakin bunlarla yanaşı bitkinin xəstə olmayan canlı hissələri də yoxlanmalıdır. Dərman tövsiyəsi olunmadan əvvəl xəstəliyin dəqiq öyrənilməsi vacibdir.

Nümunə götürülərkən nələrə diqqət etmək lazımdır:

– Bütövlükdə ərazini təmsil etməsi baxımından nümunələr fərqli-fərqli yerlərdən götürülməlidir;
– Bitkinin sağlam hissələrindən də nümunələr götürülməlidir;
– Nümunə götürüldükdən dərhal sonra təqdim olunmalıdır;
– Əgər eyni gündə təqdim olunmursa soyuducunun ən aşağı – tərəvəz hissəsində saxlanmalıdır;
– Bütövlükdə bitki təqdim olunacaqsa kökləri ilə birgə torpağı silkələmədən bez parçaya büküb laboratoriyaya çatdırılmalıdır.

Laboratoriyaya göndəriləcək nümunələrin etiketi üzərində aşağıdakılar qeyd olunmalıdır:

– Nümunə sahibinin ad, soyadı və əlaqə vasitələri;
– Nümunənin götürülmə tarixi, yeri, ərazi ölçüsü, əkin tarixi, sulama forması;
– Son 3 ayda verilən gübrə, dərman və yaşanmış problemlər.

Tərəvəz, meyvə, torpaq, su, torf, fidan, toxum və bitkiyə aid olan hər cür nümunədən;

– Göbələk analizi;
– Bakteriya analizi;
– Virus analizi;
– Nematod analizi;
– GMO analizi;
– DNT analizi;
– Scar-Marker analizi və başqa analizlər.