Torpaq analizi

Bu analiz vasitəsilə ərazinizin gübrə ehtiyacını öyrənmiş olursunuz. Əkmək istədiyiniz bitkinin tələbatları ilə torpaq analizi nəticələrini qarşılaşdırdığınız zaman sizə yüksək məhsuldarlıq üçün hansı qidalı maddələrin verilməsi və miqdarının təyin olunması lazım olduğu məlum olacaqdır. Analizlərdən gözlənilən xeyrin əldə olunması üçün nümunələrin qaydalara uyğun olaraq götürülüb düzgün analiz olunması şərtdir.

Standart paket (65 AZN)
Azot, Fosfor, Kalium, Orqanik Maddə, pH, EC, Duz, Əhəng, Tekstura

2-ci paket (105 AZN)
Azot, Fosfor, Kalium, Orqanik Maddə, Saturasiya, pH, EC, Duz, Əhəng, Mis, Dəmir, Mangan, Sink, Kalsium, Maqnezium, Natrium.

3-cü paket (125 AZN)

Azot, Fosfor, Kalium, Orqanik maddə, Saturasiya, pH, EC, Duz, Əhəng, Mis, Dəmir, Mangan, Sink, Kalsium, Maqnezium, Sodium, Bor, Quruluş (tekstura)

Bundan başqa torpağın fiziki, biloji analizləri də laboratomiyamızda aparılır.

Nümunə götürmə qaydası:
1. Torpağın üst hissəsi bel vasitəsiylə qaşınmalıdır.
2. Hər yarım hektarda və ya bir hektarda “Z” şəklində gəzilərək 20-30 sm dərinlikdə V şəkilli 5-6 çuxur qazılmalıdır. (Şəkil birdəki kimi) Meyvə bağlarında və ya kökü dərinə gedən bitkilərdə eyni proses 30-60, 60-90, 90-120 sm dərinliklərdə təkrar edilməlidir.
3. 500 qram torpaq götürüb qarışıdırlmalı və həmin qarışıqdan 1 kq torpaq bir nümunə kimi təyin olunaraq işarələnməlidir. (Şəkil ikidəki kimi)
4. Bu hər hetar və ya yarım hektar üzrə təkrar olunmalıdır.
5. Götürülən torpaqların üzərində 1, 2, 3… yazılaraq işarələnməlidir.

Şəkil 1

Şəkil 2

Qeyd: Nümunələrin götürülməsi üçün konsultant kimi əməkdaşımız ezam olunarsa əlavə xidmət haqqı təyin olunur.

Laboratoriya haqqında:
Laboratoriyamız yüksək standartlara və ən yeni texnologiyalara sahibdir, dəqiqlik dərəcəsi 91-93% olaraq müəyyən edilmişdir. Laboratoriyamız Ankara Universiteti KOSGEB Texnologiya – İnkişaf Mərkəzinin dəstəyi ilə Ankara Universiteti Əkinçilik Fakültəsi ilə birlikdə qurulmuşdur. Azərbaycanda daha əvvəl həm özəl, həm dövlət şirkətləri, həm də kiçik sahibkarlar üçün müxtəlif torpaq, su, bitki və gübrə analizləri də məhz bu labartoriyada edilmişdir.

Optima 7000, Thermo-election corporation, Shim Lab TEKNİK-DES 1, USF Elga Model Purelab Option S7 və başqa müasir cihazlarla təhciz olunmuşdur. Mütəxəssislərimiz Fəlsəfə Elmləri doktoru, dosent kimi akademik səviyyələrə yiyələnmiş şəxslərdir.