Yarpaq analizi

Yarpaq analizinin aparılmasının əsas məqsədləri:
• Bitkidə qidalı maddələrin və/və ya tətbiq olunmuş gübrənin miqdarının çoxluğu və ya azlığı üzündən problem yaranırsa, yarpaq analizi vasitəsilə hansı elementin çoxluğu və ya azlığı təyin oluna bilir. Bununla da gübrələmə və dərmanlama planında dəyişikliklər olunaraq problem aradan qaldırılmağa çalışılır.
• Bitkidə problem yaranmadan öncə risk faktorunu aşağıya salmaq məqsədli görülür. Bununla da əkin öncəsi yarpaq analizi olunaraq torpaq və su analizləri nəticələri ilə birgə gübrələmə planı hazırlanır.

Paket – 105 AZN
Azot, Fosfor, Kalium, Kalsium, Maqnezium, Dəmir, Manqan, Sink, Mis, Bor və Kükürd

Nümunə götürmə qaydası:
1- Yarpaq nümunələrinin növ və inkişafı fərqlidirsə ayrı-ayrı nümunələr götürülməlidir.
2- Tarlada, bağçada və ya istixanada ziq-zaq şəklində və ya küncdən-küncdən gəzərək ərazinin böyüklüyünə və bitki növünə görə kifayət qədər yarpaq nümunəsi götürülməlidir.
3- Çox illik bitkilərdən (meyvə ağacları) ümumiyyətlə nümunə götürələcək ərazi 1 hektardan böyük olmamalı və ümumi ağac sayının 20%-dən yarpaq nümunəsi götürülməlidir.Bundan əlavə, ağacın hər tərəfindən və bir illik pöhrələrin üzərindəki yarpaqları da götürmək lazımdır.
5- Bitki nümunələri parça torbalar içərisində işarələnərək laboratoriyaya çatdırılmalıdır. Nümunələr sərin yerdə saxlanmalıdır.
6- Yarlıqda adı soyadı, ərazi, bitki adı, cinsi və mümkündürsə yaşı qeyd edilməlidir.

Qeyd: Yarpaq nümunələrini götürmək olmaz:
1-Ölü ya da xəstə bitkilərdən;
2-Həşərat basmış və ya həşəratlardan zərər görmüş bitkilərdən;
3-İstilik və nəmdən təsirlənmiş, torpağa qarışmış bitkilərdən;
4-Dərmanlama və gübrələmədən dərhal sonra;
5-Yağışlı günlərdə bitkilərdən nümunə götürmək olmaz. Ümumiyyətlə, nümunə götürələcək bitki islanmamalıdır.

Qeyd: Nümunələrin götürülməsi üçün konsultant kimi əməkdaşımız ezam olunarsa əlavə xidmət haqqı təyin olunur.