Gübrə analizi

Gübrələmə keyfiyyət və məhsuldalrığı artırmaq məqsədli tərkibində birdən çox qidalı maddələrin mövcud olduğu torpaq və ya birbaşa bitkiyə tətbiq olunan metoddur. Satın almaqda və ya istehsal etməkdə olduğumuz gübrənin tərkibini bilmək həm iqtisadi,ekolji və məhsuldarlıq baxımından müsbət bir addımdır. Qanuni şərtlərə əsasan istehsalçılardan məhsulun tərkibini təsdiqləməsi tələb olunur. Bu halda əgər zərərli təsirləri ola biləcək gübrə emal edilirsə bunun qanuni cəzası mövcuddur. Gübrə məhsullarını analiz edərək həm özünüzü, həm də investisiyanızı qoruduğunuzdan əmin ola bilərsiniz.

Standart Paket 1 (Qatı gübrə):
Rütubət, Turşuluq, Ümumi Azot (NH4 və Nitratlar), Fosfor (P2O5), Kalium (K2O), Suda həll olan Fosfor.

Paket 2 (Qatı gübrə):
Ümumi Azot (NH4 və Nitratlar), Fosfor (P2O5), Kalium (K2O), Suda həll olan Fosfor, Kalsium, Maqnezium, Kükürd, Natrium,

Standart Paket 1 (Maye gübrə):
Ümumi Azot, Ammonium, Nitratlar, Fosfor, Kalium, Kalsium, Maqnezium

Paket 2 (Maye Gübrə):
pH, Ümumi Azot, Ammonium, Nitratlar, Fosfor, Kalium, Kalsium, Maqnezium, kükürd, Natrium, Dəmir, Sink, Mn, Bor, Molibden

Qeyd: Nümunələrin götürülməsi üçün konsultant kimi əməkdaşımız ezam olunarsa əlavə xidmət haqqı təyin olunur.