Xidmətlərimiz

NPC Agro Konsaltinq və Mühəndislik şirkəti olaraq həm dövlət, həm də özəl aqrar müəssisələri üçün bir çox xidmətlər təklif edirik. Xidmətlərimizə regionların inkişafına dəstək olacaq layihələrin hazırlanması, aqrar müəssisələrdə dataların ölçülməsi, analizi və hesabatların hazırlanması, fermerlər üçün təlimlərin təşkili, torpaqların daha effektiv istifadəsi üçün analizlərin edilməsi, kənd təsərrüfatı məhsulların tanınması üçün reklam və marketing xidməti, sertifikatlaşdırma, baytar həkim, əkin üzrə aqro servis və s. daxildir. Bundan başqa NPC Agro komandası böyük məmnuniyyətlə sizə məhsuldarlığın artırılması üçün innovativ metodların tətbiqində, elmi əsaslı qərarların verilməsində və aqrar sahədə yerli kadrların yetişməsində dəstək ola bilər. Bizim xidmətlərimiz əsasən iki istiqamət üzrə – dövlət və fermer təsərrüfatları üçün nəzərdə tutulmuşdur. Xidmətlərimiz haqqında daha ətraflı baxmanız xahiş olunur: