Layihələrimiz

NPC Agro və Absheron Olive Garden arasında torpağın kimyəvi tərkibinin öyrənilməsi ilə bağlı müqavilə bağlanılıb

“NPC Agro” MMC və “Absheron Olive Garden” MMC arasında bağlanmış müqaviləyə əsasən Bakının Pirallahı qəsəbəsində yerləşən 600 hektar sahədə əkin öncəsi torpaq analizi üçün nümunələr götürülüb. Götürülən nümunələrin analiz nəticələrinə əsasən torpağın kimyəvi tərkibi müəyyənləşdiriləcək, gələcək əkinlərlə bağlı planlaşdırma aparılacaqdır və müqavilə üzrə digər görülməli işlərə başlanılacaq. Əlaqə: Telefon: 051-311-00-55 Mail: info@npcagro.com

Ətraflı

“NPC Agro” və “Modern Group” MMC arasında xidmət müqaviləsi bağlanmışdır

“NPC Agro” və “Modern Group” MMC arasında xidmət müqaviləsi imzalanmışdır. Bağlanan müqaviləyə əsasən şirkətin Kürdəmir rayonunda yerləşən 1600 hektar sahəsində torpaqların ümumi diaqnostikası və gələcək əkinlərlə bağlı planlaşdırma aparılacaqdır. Görüləcək işlər aşağıdakılardır: – İntensiv texnologiyaya əsaslanan innovativ kənd təsərrüfatı istehsal müəssisəsinin qurulması üçün ərazinin logistik qiymətləndirilməsinin və infrastrukturun yaradılması istiqamətində monitorinqlərin aparılması təklifinin hazırlanması; – […]

Ətraflı

“NPC Agro” və “Gilan Orchards” MMC arasında bağlanmış müqaviləyə əsasən bağlarda dəyərləndirmələr həyata keçirilib

“NPC Agro” ilə “Gilan Orchards” MMC arasında bağlanmış müqavilə çərçivəsində Azərbaycanın müxtəlif şəhər və rayonlarında (Xaçmaz, Qusar, Göyçay, Lənkəran) salınmış bağların ümumi dəyərləndirilməsi fonunda sulama analizi aparılıb. Müqavilə çərçivəsində ərazilərdə aşağıdakı işlər görülüb: 1. Suvarma sisteminin ümumi vəziyyəti üzrə dəyərləndirmə; 2. Ərazi üzrə təzyiqin ölçülməsi və verilən suyun doğru paylanması; 3. Daxil olan suyun və […]

Ətraflı