Biz kimik?

Azərbaycanda ilk kənd təsərrüfatı və aqrar biznesin inkişafı üzrə konsaltinq və mühəndislik şirkəti olan NPC Agro dünyanın 4 ölkəsində 10-dan çox böyük konsaltinq şirkətləri, həmçinin bu sahədə fəaliyyət göstərən ən yaxşı kənd təsərrüfatı və ətraf mühit universitetləri ilə əməkdaşlıq etməkdədir. Əsas məqsəd iqtisadiyyatının post-neft dövrünü yaşayan Azərbaycanda fəaliyyət göstərən iri, orta və kiçik sahibkarların bizneslərinin genişləndirilməsi, ölkənin ixrac potensialının artırılmasına töhfə verəcək rəqabətə davamlı məhsul istehsalı üçün müasir təcrübəni ölkə daxilində tətbiq etməkdir. Bu məqsədimizə nail olmaq üçün təklif etdiyimiz innovativ texnologiyalar, həmçinin beynəlxalq müstəvidə fəaliyyət göstərən tərəfdaşlar ilə birlikdə, yüksək peşəkarlıqla müştərilərimizə xidmət göstərməyi hədəfləyirik.

Yerli və xarici mütəxəssislərdən ibarət komandamız bitkiçilik və heyvandarlıqda, o cümlədən kənd təsərrüfatının başqa müxtəlif sahələrində layihələrin hazırlanması, tətbiqi və nəzarəti kimi bütün mərhələləri özündə birləştirən məhsullar təklif edir.